Trampın tarifinə Almaniyadan sərt cavab – ABŞ bazaları bahalaşır
Almaniya ABŞ-nin tətbiq etdiyi tariflərə etiraz olaraq ölkədə yerləşən Amerika hərbi bazaları üçün icarə haqqını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Crossmedia.az bu barədə “The Times”-a istinadən xəbər verir.
Məlumata görə, bu addım ABŞ-lə Almaniya arasında gərginliyi artırıb. Lakin Almaniya bazaların tamamilə çıxarılmasını düşünmür.
ABŞ isə artan icarə haqqını ödəməkdən imtina edərsə, qoşunlarını geri çəkəcəyi halda nə edəcəyi barədə hələlik plan hazırlamayıb.
Analitiklər hesab edir ki, bu addım transatlantik münasibətlərdə yeni gərginlik dalğasına səbəb ola bilər və iki müttəfiq arasında strateji əməkdaşlığı sınağa çəkə bilər.
18:30 19.01.2026
Oxunuş sayı: 1285