Tramp Qəzza planını genişləndirir: Siyahıda Lukaşenko da var
ABŞ prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkonu Qəzza zolağı üzrə yaradılması nəzərdə tutulan “Sülh Şurası”nın fəaliyyətində iştirak etməyə dəvət edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu təşəbbüs Qəzzada müharibədən sonrakı idarəetmə mexanizmlərinin formalaşdırılması və regionda sabitliyin təmin olunması məqsədi daşıyan beynəlxalq platforma çərçivəsində irəli sürülüb.
Hazırda Belarus tərəfinin dəvətlə bağlı rəsmi mövqeyi açıqlanmayıb. Lukaşenkonun Şurada hansı statusda — daimi üzv və ya xüsusi dəvətli qismində iştirak edəcəyi dəqiqləşdirilməyib.
18:05 19.01.2026
Oxunuş sayı: 1065