Türkiyə və Özbəkistan hərbi güclərini birləşdirir - Nazirlər mühüm sənədlər imzaladı
Türkiyə və Özbəkistanın Müdafiə Nazirliklərinin heyətləri arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.
Qeyd olunub ki, heyətlərə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və özbəkistanlı həmkarı general-leytenant Şöhrət Xalmhamedov sədrlik ediblər.
Nazirlər "Türkiyə Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Hərbi Səhiyyə Sahəsində Təlim və Əməkdaşlıq Haqqında Saziş"i və "Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il Hərbi Əməkdaşlıq İcra Planı"nı imzalayıblar.

16:45 19.01.2026
Oxunuş sayı: 1324