Almaniyalı partiya lideri: Putinə qəzəblənənlər Trampın addımlarına susur
Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alice Veidel beynəlxalq siyasətdəki ikili standartları tənqid edib.
Crossmedia.az xəbər verir ki, Weidelin sözlərinə görə, illərdir Rusiya prezidenti Vladimir Putinin beynəlxalq hüququ pozması ilə bağlı sərt və emosional açıqlamalar səsləndirilir.
O bildirib ki, eyni çevrələr ABŞ-nin prezidenti Donald Trampın Venesuela və Qrenlandiya ilə bağlı addımlarına gəldikdə isə anlaşılmaz şəkildə səssiz qalırlar.
AfD lideri qeyd edib ki, beynəlxalq hüquqa yanaşmada selektiv mövqe qəbulolunmazdır və eyni prinsiplər bütün dövlətlərə və siyasi fiqurlara şamil edilməlidir. Onun fikrincə, bu cür ikili yanaşma qlobal siyasətdə etimadı zəiflədir və beynəlxalq sistemin legitimliyinə zərər vurur.
Türkan Kərimli
16:17 19.01.2026
Oxunuş sayı: 981