İran rəsmisi etiraf etdi: Etirazlar zamanı ölənlərin sayı minlərlədir
İran parlamentinin Milli Təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi bildirib ki, etirazlar zamanı “Bəsic” bazaları və polis bölmələri yaxınlığında açılan atəş nəticəsində nümayişçilər həyatını itirib. Əzizi ölkə üzrə ümumi ölüm sayının minlərlə olduğunu bildirib və əlavə edib ki, dəqiq rəqəmlər yoxlamalardan sonra açıqlanacaq.
Crossmedia.az bu barədə "Iran International nəşrinə istinadən xəbər verir. Komitə sədri həmçinin Donald Trampı etirazçılara dəstək göstərdiyi üçün tənqid edib. Eyni zamanda Behbəhən şəhərindən olan bir səhiyyə işçisi 8–9 yanvar hadisələrində onlarla insanın göz zədəsi aldığını bildirib.
Sevinc Yarməmmədova
15:38 19.01.2026
Oxunuş sayı: 1188