Bu çağırış Avropada səs-küy yaratdı: Belarusdan sensasiya
Belarus həbsxanasından azad edilən müxalifət lideri Mariya Kolesnikova Avropa İttifaqını ölkə prezidenti Aleksandr Lukaşenko ilə dialoqa başlamağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kolesnikova bildirib ki, mövcud siyasi və humanitar vəziyyət fonunda dialoq Belarusda gərginliyin azaldılması və böhranın sülh yolu ilə həlli üçün vacibdir. Onun sözlərinə görə, beynəlxalq təcrid siyasəti ölkə daxilində vəziyyətin yaxşılaşmasına töhfə vermir.
Müxalifət lideri vurğulayıb ki, Aİ-nin vasitəçi rolu həm hakimiyyət, həm də cəmiyyət arasında etimadın bərpasına kömək edə bilər. Açıqlama beynəlxalq ictimaiyyətdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
14:45 19.01.2026
Oxunuş sayı: 1152