İranda baş verən iğtişaşlar zamanı yüzlərlə ictimai və dini obyektə ziyan dəyib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
İran parlamenti iğtişaşlar dövründə 250 məktəbin, 300 məscidin, 90 dini məktəbin zədələndiyini açıqlayıb.
Bundan əlavə, hadisələr zamanı 2200 polis avtomobilinin sıradan çıxarıldığı bildirilib. Rəsmi məlumatda qeyd olunur ki, baş verənlər ölkənin sosial və təhlükəsizlik infrastrukturuna ciddi zərər vurub.
Hazırda vəziyyətin nəzarət altına alınması və zərərin aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirildiyi vurğulanır.
Kübra Musayeva