Tramp Kanadaya XƏBƏRDARLIQ ETDİ
ABŞ prezidenti Donald Tramp Kanadaya qarşı tənqidlərini daha da sərtləşdirib. O, Kanadanın Arktika bölgələrini Rusiya və Çinin mümkün təhdidlərindən qorumaq üçün kifayət qədər güclü olmadığını iddia edib.
Crossmedia.az bu barədə NBC News-a istinadən xəbər verir. Trampın sözlərinə görə, Ottava müdafiə xərclərini artırmalı və Arktikada təhlükəsizliyin təmin olunması məsələsinə daha ciddi yanaşmalıdır. O, ABŞ və Kanada arasında bu regionda hərbi əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırıldığını da bildirib. Bu çərçivədə birgə patrul əməliyyatları, eləcə də erkən xəbərdarlıq sistemlərinin yaradılması müzakirə olunur.
Tramp Arktikanın geosiyasi əhəmiyyətinin artdığını vurğulayaraq, bu bölgənin yalnız Kanada üçün deyil, ümumilikdə Şimali Amerika təhlükəsizliyi üçün strateji önəm daşıdığını qeyd edib. Onun fikrincə, Rusiya və Çinin Arktikadakı fəallığı fonunda ABŞ və Kanada daha sıx koordinasiya olunmuş addımlar atmalıdır.
Sevinc Yarməmmədova
14:14 19.01.2026
Oxunuş sayı: 1184