Türkiyə Suriyada hava əməliyyatlarına qoşuldu
Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında Suriya Ərəb Ordusunun SDF qüvvələri ilə (SDF - Türkiyədə terror təşkilatı kimi tanınan PKK ilə əlaqəli qurum) baş verən döyüşlər zamanı əməliyyatlara cəlb olunub.
Crossmedia.az bu barədə "REGNEWS"ə istinadən xəbər verir. Məlumata görə, Ankara tərəfindən göstərilən aktiv hava və hərbi dəstək nəticəsində Suriya Ərəb Ordusu SDF birləşmələrinə ciddi zərbələr endirib. Bildirilir ki, əməliyyatlar koordinasiyalı şəkildə aparılır və qarşıdurmanın miqyası genişlənir.
Hazırda Suriyada vəziyyət son dərəcə gərgin olaraq qalır. Regionda baş verən hadisələr həm təhlükəsizlik baxımından, həm də siyasi müstəvidə yeni risklər yaradır.
Sevinc Yarməmmədova
13:26 19.01.2026
Oxunuş sayı: 1580