İranda bu şəxslər ölüm cəzası ilə üzləşə bilər
İran məhkəmə hakimiyyətinin nümayəndəsi Əsgər Cahangir son etiraz aksiyaları ilə bağlı hərəkətlərin “cinayət” kimi qiymətləndirildiyini açıqlayıb və “moharebe” - “Allaha qarşı düşmənçilik” kimi təsnif edilən işlər üzrə son dərəcə ağır cəzaların, o cümlədən ölüm hökmünün tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə "Iran International" nəşrinə istinadən xəbər verir. Cahangirin sözlərinə görə, təhlükəsizlik və kəşfiyyat orqanları saxlanılan şəxslərlə bağlı dosyelər toplayır, etirazların guya daxili təşkilatçılarını və onların xarici əlaqələrini müəyyənləşdirməyə çalışır. Araşdırmalar başa çatdıqdan sonra həbs olunanların ümumi sayı ictimaiyyətə açıqlanacaq.
O bildirib ki, məhkəmə sistemi dövlətə bağlı hüquqşünaslar mərkəzi ilə birgə hakimiyyətin “cinayət” kimi qiymətləndirdiyi faktları sənədləşdirir, vurulan maliyyə zərərini hesablayır və etirazları təşviq edən, yaxud “düşmənlərlə əməkdaşlıq edən” şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayır.
Qeyd edək ki, daha əvvəl məhkəmə sisteminə bağlı Hüquqşünaslar Mərkəzinin rəhbəri İranın həm daxili, həm də xarici məhkəmə instansiyalarında ABŞ-ın prezidenti Donald Tramp və şahzadə Rza Pəhləviyə qarşı hüquqi iddialar qaldırmağı planlaşdırdığını bəyan edib.
Sevinc Yarməmmədova
13:19 19.01.2026
Oxunuş sayı: 1337