Çin Rusiyanı Maduronu itirməkdə ittiham edir
Çin ABŞ-nin Venesuelada həyata keçirdiyi xüsusi əməliyyat və prezident Nikolas Maduronun qaçırılması ilə bağlı Rusiyanı ciddi şəkildə ittiham edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times" yazıb.
Nəşrin məlumatına görə, Pekinin fikrincə, Moskva baş verənlərə qarşı ehtiyatsız davranıb və müttəfiqinə vaxtında xəbərdarlıq etməyib. Çin tərəfi bu hadisəni “unudulmayacaq biabırçılıq” kimi qiymətləndirir və Rusiyanın müttəfiq kimi etibarlılığını sual altına alır.
“The Times”ın mənbələri iddia edir ki, ABŞ əməliyyatı zamanı Rusiyaya məxsus S-300 və Buk-M2 zenit-raket sistemləri işlək vəziyyətdə olmayıb, rusiyalı diplomatlar isə hadisələrdən əvvəl Karakasdan təxliyə edilib. Bildirilir ki, müdaxilənin qaçılmaz olduğunu anlayan Moskva bu barədə Pekini məlumatlandırmayıb.
Məqalədə vurğulanır ki, baş verənlər Çində Rusiyanın müttəfiq kimi etibarlılığına dair şübhələri artırıb və iki ölkə arasında strateji münasibətlərin gələcəyi ilə bağlı ciddi suallar doğurub.
Kübra Musayeva
12:40 19.01.2026
Oxunuş sayı: 1214