Avropanın Vaşinqtonun Qrenlandiyanı almaq niyyətinə səssiz qalması Avropa İttifaqının Ukrayna üçün geosiyasi aktor və müttəfiq kimi nüfuzuna ciddi zərbə vura bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Nəşrin təhlilində qeyd olunur ki, Aİ-yə üzv dövlətin ərazisinin bir hissəsinin satışına razılıq verilməsi presedenti, əgər baş verərsə, Aİ-yə üzv olmayan Ukrayna üçün “fəlakətli siqnal” olacaq. Bu, Kiyevdə ruh düşkünlüyü və təşviş yarada, Avropanın prinsipial mövqeyinə inamı sarsıda bilər.
“The Guardian” vurğulayır ki, belə bir addım Aİ-nin suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliyi ilə bağlı suallar doğuracaq və Ukraynanın Qərbə olan siyasi gözləntilərini zəiflədə bilər.
Kübra Musayeva