Yüksək sürətli qatarlar toqquşub: 21 ölü, 100-dən çox yaralı
İspaniyada yüksək sürətli iki qatarın toqquşması nəticəsində faciə yaşanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Malaga–Madrid marşrutu üzrə hərəkət edən qatar relsdən çıxaraq qarşı yola çıxıb. Bu zaman qarşıdan gələn digər qatarla toqquşma baş verib və ikinci qatar da relsdən çıxıb.
Hadisə nəticəsində 21 nəfər həyatını itirib, təxminən 100 nəfər yaralanıb.
Qeyd edək ki, yaralılardan 25 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Fatimə Məmmədova
07:55 19.01.2026
Oxunuş sayı: 954