Avropa İttifaqı Qrenlandiya üzərindən ABŞ-a qarşı 93 milyard avro dəyərində cavab rüsumları tətbiq etməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Financial Times Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, mümkün tədbirlər paketinə Amerika şirkətlərinin Aİ-nin vahid bazarına çıxışının məhdudlaşdırılması da daxildir. Bu addımların transatlantik ticarət münasibətlərində gərginliyi daha da artıra biləcəyi bildirilir.
Qeyd olunur ki, qərar hələ yekunlaşmayıb və müzakirələr davam edir.
Kübra Musayeva