ABŞ bir neçə gün əvvəl Suriya Demokratik Qüvvələrinə (SDF) mövcud planı qəbul etməyi tələb edib. Lakin kürd tərəfi bu planı qəbul etməyib. Bu addımdan sonra ərəb aşirətləri gözlənilməz şəkildə hücuma keçib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
SDF komandiri hücumun Fərat çayı ətrafında məhdud qalacağını düşünürdü və daha genişmiqyaslı bir eskalasiya gözləmirdi. Lakin ABŞ-ın bu hadisəyə heç bir reaksiya verməməsi SDF-ni şoka salıb və vəziyyəti gərginləşdirib.
Bu hadisədən sonra Şam qüvvələri bölgədə irəliləyiş sürətini daha da artırıb. Yalnız bu mərhələdən sonra SDF müzakirələrə başlamaq məcburiyyətində qalıb.
Hadisələrin gedişi göstərir ki, ABŞ-ın passivliyi və SDF-in planı rədd etməsi nəticəsində Suriya şimal-şərqində yeni balanslar formalaşır və Şam hökumətinin mövqeyi daha da güclənir.