İlon Mask yenidən texnologiya dünyasını silkələdi: Tesla Pi təqdim olundu
İlon Mask bu dəfə yalnız yeni bir cihazla deyil, gələcəyin özünü təqdim edərək texnologiya dünyasını heyrətləndirdi. Tesla Pi adlanan bu cihaz, ənənəvi telefonlardan fərqli olaraq Apple və Samsung-a açıq meydan oxuyur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Yeni cihaz simkart və Wi-Fi olmadan işləyir və birbaşa Starlink peyklərinə qoşularaq rabitəni səhrada, okeanda və dağlıq ərazilərdə belə təmin edir. Maraqlısı odur ki, Tesla Pi-nin işləməsi üçün elektrik şəbəkəsinə ehtiyac yoxdur; daxili günəş enerjisi ilə işləyən şarj onu tam müstəqil edir. Cihazın qiyməti təxminən 789 dollardır, lakin funksionallığı bazardakı əksər cihazları kölgədə qoyur.
Tesla Pi-nin ən diqqətçəkən xüsusiyyəti isə Neuralink texnologiyasıdır. Bu texnologiya sayəsində istifadəçilər zənglərə cavab vermək, qapıları açmaq, avtomobili idarə etmək və pul köçürmək kimi əməliyyatları yalnız bir düşüncə ilə həyata keçirə biləcəklər.
Ekspertlər bildirirlər ki, bu artıq elmi fantastika deyil - gələcək artıq başlayıb.
Sevinc Yarməmmədova
14:11 16.01.2026
Oxunuş sayı: 1655