NATO: Rusiya Ukraynada hər ay 25 min itki verir
NATO-nun baş katibi bildirib ki, Ukraynada Rusiya ordusu ay ərzində 20–25 min hərbçi itirir. Bu rəqəm ağır yaralanmışlardan yox, birbaşa ölən hərbçilərdən ibarətdir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat “Global Avropa” konfransında verilib.
Məlumata görə, bu itkilər 1980-ci illərdəki Əfqanıstan müharibəsi ilə müqayisədə rekorddur. Həmin dövrdə Rusiya ordusu 10 il ərzində təxminən 20 min hərbçi itirmişdi. Hazırda isə həmin say yalnız bir ay ərzində itirilir və hətta daha yüksəkdir.
Nəzrin Abbas
11:16 14.01.2026
Oxunuş sayı: 1614