ANAMA Avropa nümayəndələri ilə mina problemini müzakirə etdi
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ANAMA-dan verilən məlumata görə, görüşdə qonaqlara ölkəmizin üzləşdiyi mina problemi və həmin problemin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib.
Görüş zamanı Avropa İttifaqının ölkəmizdə icra edilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyi, yeni əməkdaşlıq təşəbbüsləri, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç də iştirak edib.
11:40 14.01.2026
Oxunuş sayı: 1066