Süni İntellekt bu sahəyə də nüfuz edir: Yeni nəsil platformalar ənənəvi mağazalara alternativ olur
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə süni intellekt artıq təkcə texniki sahələrdə deyil, gündəlik həyatın ən incə detallarında da öz yerini tapmağa başlayıb. Hədiyyə seçimi kimi bəzən çətin və vaxt aparan proseslər belə bu texnologiyanın köməyi ilə daha sadə və fərdiləşdirilmiş hala gəlir. Məhz bu yanaşma ilə formalaşan yeni platformalar ənənəvi xidmət modellərini dəyişərək istifadəçilərə fərqli təcrübə vəd edir. Bu kontekstdə yerli bazarda fəaliyyətə başlayan Floume AI süni intellekt əsaslı həlləri ilə çiçək sifarişi anlayışına yeni baxış gətirir.
Bu barədə Crossmedia.az-a açıqlama verən FloumeAi’in təsisçisi Mirkazım Seyidzadə platformanın ənənəvi çiçək mağazalarından fərqi və bu fərqliliyin bazarda rəqabət üstünlüyü yaratmasına necə kömək edəcəyi barədə məlumat verib: "Floume AI ənənəvi çiçək mağazalarından əsasən onunla fərqlənir ki, süni intellekt vasitəsilə hər bir istifadəçi üçün fərdi buket dizaynı yaradır. Bu yanaşma müştərilərə ehtiyaclarına və məqsədlərinə uyğun buketi daha sürətli və dəqiq seçməyə imkan verir. İstifadəçilər artıq müxtəlif sosial media səhifələrini və ya ayrı-ayrı mağazaların saytlarını gəzərək vaxt itirmirlər. Floume AI platformasında onlar istədikləri buketin üslubunu, çiçək növünü və büdcə limitini qeyd etməklə, uyğun məhsulların hansı mağazada və hansı qiymətə mövcud olduğunu bir platforma üzərindən görə bilirlər.Bu fərqlilik Floume AI-yə bazarda əhəmiyyətli rəqabət üstünlüyü qazandırır, çünki istifadəçi həm vaxtına qənaət edir, həm də öz tələblərinə tam uyğun buketi rahat şəkildə tapıb sifariş edə bilir".

M.Seydizadə qeyd edib ki, Floume AI əsasən gənc və texnologiyaya açıq auditoriyaya, xüsusilə hədiyyə axtaran, xüsusi günlər üçün fərqli və mənalı buket sifariş etmək istəyən istifadəçilərə yönəlib: "Bu qrup yenilikləri izləməyi sevən, süni intellektin gündəlik həyatı necə asanlaşdıra biləcəyini öyrənməyə maraq göstərən insanlardan ibarətdir. Hazırda marketinq büdcəsi ayırmadan əsasən word-of-mouth və referral strategiyalarına fokuslanmışıq. Mövcud istifadəçilərin platformanı dostlarına tövsiyə etməsi Floume AI-nin ilkin böyüməsində mühüm rol oynayır. Əvvəlki startap təcrübələrimizə əsaslanaraq növbəti mərhələdə əsas marketinq fəaliyyətimizi Instagram və TikTok üzərində qurmağı planlaşdırırıq. Burada real istifadəçi hekayələri, AI tərəfindən yaradılan buketlərin prosesini göstərən qısa videolar və emosional storytelling formatlı kontentlərlə auditoriyaya daha effektiv şəkildə çatmağı hədəfləyirik. Süni intellekt texnologiyaları hər gün daha da inkişaf edir və biz Floume AI-də istifadə etdiyimiz sistemi daim təkmilləşdiririk. Platformamızda AI-nin buket tövsiyələrinin dəqiqliyi xüsusi hazırlanmış prompt-lar və istifadəçilərdən topladığımız real feedback əsasında mütəmadi olaraq artırılır. İstifadəçi buket sifariş edərkən sistem sadəcə bir seçim təqdim etmir, onun məqsədini və duyğularını daha yaxşı anlamaq üçün ətraflı və yönləndirici suallar verir. Bu yanaşma nəticəsində istifadəçi tələbinə maksimal uyğun olan buket dizaynı formalaşdırılır. Dəqiqliyi daha da artırmaq üçün gələcəkdə aşağıdakı məlumatların toplanması nəzərdə tutulur: istifadəçilərin əvvəlki seçimləri, etdikləri düzəlişlər, buket üzərində sərf etdikləri vaxt və sifarişdən sonra verdikləri rəy. Bu məlumatlar Floume AI-nin zamanla istifadəçi davranışlarını öyrənərək daha ağıllı və proaktiv tövsiyələr verməsinə imkan yaradacaq".
Onun sözlərinə görə, Floume AI-nin əsas hədəflərindən biri 2026-cı ilin ortalarınadək Bakı şəhərində fəaliyyət göstərən çiçək mağazaları ilə geniş tərəfdaşlıq qurmaqdır: "Bu, istifadəçilərə bir platforma üzərindən daha çox seçim imkanı təqdim etməyə və müxtəlif üslubda buketləri asanlıqla müqayisə etməyə şərait yaradacaq.Eyni zamanda platformaya marketplace funksiyası əlavə etməyi planlaşdırırıq. Floume AI platformasının ənənəvi çiçək mağazalarından fərqi nədir və bu fərqlilik onun bazarda rəqabət üstünlüyü yaratmasına necə kömək edir?
Bu xüsusiyyətlər istifadəçi təcrübəsini daha əyləncəli, sosial və fərdiləşdirilmiş edərək Floume AI-ni bazarda unikal mövqeyə çıxaracaq təcrübəsini daha əyləncəli, sosial və fərdiləşdirilmiş edərək Floume AI-ni bazarda unikal mövqeyə çıxaracaq".
Fatimə Məmmədova
10:54 12.01.2026
Oxunuş sayı: 2963