Tony Fadell Tim Cook-un mümkün varisi kimi göstərilir
iPod-un yaradıcılarından biri və Apple-ın keçmiş aparat rəhbəri Tony Fadell şirkətin gələcək baş direktoru kimi nəzərdən keçirilə bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Information” yazıb.
Mənbələrə görə, Fadell özəl söhbətlərdə Apple-a rəhbərlik etməyə hazır olduğunu bildirib.
Bununla belə, şirkətin keçmiş rəhbərləri onun Apple-dakı mübahisəli reputasiyasının təyinatı çətinləşdirə biləcəyini düşünürlər. Hazırda əsas rəsmi namizəd kimi Con Ternus göstərilsə də, onun da bu öhdəliyi götürməyə tam hazır olub-olmadığına dair suallar var.
Bloomberg Tim Cook-un yaxın vaxtlarda şirkətdən ayrılmağı planlaşdırmadığını yazsa da, Financial Times onun 2026-cı ildə istefa ehtimalını qeyd etmişdi.
Nəzrin Abbas
15:21 06.12.2025
Oxunuş sayı: 974