Müsabiqə qalibi: “Yüksəliş” özünü test etmək üçün ideal platformadır
“Yüksəliş” müsabiqəsi özünü test etmək üçün ideal platformadır.
Bunu Crossmedia.az-a geniş müsahibəsində IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən Kamal Hüseynli deyib.
“Əslində “Yüksəliş” müsabiqəsinə qoşulmaq qərarım bir neçə daxili motivasiyanın birləşməsindən yarandı. İlk növbədə bu, özümü sınaqdan keçirmək, nəyə hazır olduğumu görmək və real rəqabət mühitində özümü tanımaq istəyindən irəli gəldi. Birinci iki “Yüksəliş” müsabiqəsində iştirak etmədim – sadəcə prosesi kənardan izləyib. Sonralar müsabiqənin mərhələlərini, qaydalarını, qaliblərin təcrübələrini təhlil etdikcə başa düşdüm ki, bu yarışda iştirak etmək həm böyük bir inkişaf fürsətidir, həm də öz zəif və güclü tərəflərini obyektiv şəkildə görmək imkanı yaradır. Mənim üçün əsas məqsəd yalnız qalib olmaq deyildi – özümü test etmək, digər namizədlərlə müqayisədə hansı cəhətlərdə geri və ya irəlidə olduğumu müəyyənləşdirmək idi. Müsabiqə bunu etmək üçün ideal platformadır”, - o bildirib.
Elmir Heydərli
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
14:37 16.11.2025
Oxunuş sayı: 1366