Sumqayıtda toyda ölüm hadisəsi baş verib
Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından birində faciəvi hadisə baş verib.
Crossmedia.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Yarəliyev Əliflan Nəzər oğlu toy mərasimi zamanı oynayarkən qəfildən halı pisləşib.
Yaxınları ona kömək göstərməyə çalışsalar da, Ə.Yarəliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.(Report)
22:45 05.11.2025
Oxunuş sayı: 1041