Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub
Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə 202 nömrəli avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Toqquşmadan sonra 202 nömrəli avtobus yol kənarında yerləşən obyektə çırpılıb.
Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Hadisə səbəbindən ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
22:20 04.11.2025
Oxunuş sayı: 1309