Ukraynada daha bir azərbaycanlı həlak olub
                                            Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həyatını itirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Gəncə şəhərində 1983-cü ildə anadan olmuş Elmir Qaçay oğlu Hüseynov bir neçə gün əvvəl aldığı ağır yaralardan vəfat edib. O, Samux rayonunun Lək kəndində dəfn olunub.
Əldə edilən məlumatlara əsasən, Elmir Hüseynov Ukraynada hərbi əməliyyatlarda Rusiya ordusunun tərkibində iştirak edib.
Nigar Yahyazadə
14:12 04.11.2025
Oxunuş sayı: 1970