Yasamal rayonunda 8 Noyabr- Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
                                                
                                                
                                                
                                                
                                                
                                            Yasamal rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr- Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, Yasamal bələdiyyəsi, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və Partiya fəalları iştirak edib.
Crossmedia.az xəbər verir ki, aksiya çərçivəsində ərazidə çoxlu sayda ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. 8 Noyabr- Zəfər Günü münasibəti ilə keçirilən aksiya ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.Eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.
13:08 04.11.2025
Oxunuş sayı: 2065