Nyu-Yorkda yaşayan azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunub
                                            ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunub.
Crossmedia.az xəbər verir ki, səyyar xidmət Nyu-York şəhərində və ətraf ştatlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilib. Səyyar konsulluq xidməti çərçivəsində 40-dan çox vətəndaş müxtəlif konsulluq xidmətlərindən yararlanıb.
Vətəndaşlara ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatına alınma, notariat hərəkətlərinin aparılması, vətəndaşlıq məsələlərinin həlli, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, eləcə də sənədlərin sorğu əsasında alınması üzrə xidmətlər göstərilib.
Səyyar konsulluq xidmətinin əsas məqsədi ABŞ-də yaşayan həmvətənlərimizin konsulluq xidmətlərinə əlçatanlığını artırmaq və prosedurların daha operativ şəkildə həyata keçirilməsini təmin etməkdir.
Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti ilk dəfə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin təşəbbüsü ilə təşkil edilib. Ənənəvi konsulluq xidmətləri artıq bir neçə ildir ki, ABŞ-nin müxtəlif şəhər və ştatlarında həyata keçirilir.(Report)
23:26 03.11.2025
Oxunuş sayı: 1630