Bank kartından oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində bir nəfərin bank kartından pul oğurlanıb.
Crossmedia.az-a bu barədə DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Şəhər sakini polisə müraciət edərək itirdiyi bank kartından pul vəsaitinin talandığını bildirib.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən F.Ələkbərov saxlanılıb. Araşdırma aparılır.
13:49 31.10.2025
Oxunuş sayı: 6024