Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Beyləqanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Mercedes" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
19:31 30.10.2025
Oxunuş sayı: 906