Bu blogerlər Bakıya gətirilir
Xaricdə mühacir kimi yerləşərək, Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır.
Crossmedia.az xəbər verir ki, artıq Azərbaycan hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaqda israrlıdırlar və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlərə başlayıblar.
Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır.
2018, 2019 və 2020-ci illərdə də Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxsləri cinayət əməllərinə görə beynəlxalq axtarışa vermişdi, ancaq Avropa ölkələrindən müsbət cavab almamışdı. Buna səbəb kimi sorğular zamanı həmin ölkələrin hüquq sisteminə uyğun boşluqlar buraxılması iddia edilir.
İndi isə “söyüş blogerləri”nin nümayəndələrinin gətirilməsi üçün Avropanın hüquq sisteminə tam uyğun hüquqi proseduralar tamamlanmaqdadır. (Axar.az)
14:48 30.10.2025
Oxunuş sayı: 1354