Lənkəranda kütləvi davada iki nəfər xəsarət alıb, 3 qazi saxlanılıb
Lənkəran şəhərində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq edib.
Crossmedia.az xəbər verir ki, hadisə oktyabrın 28-də gecə saatlarında baş verib. Hirkan qəsəbə sakini Alim Şükürzadə (1993-cü il təv.) Lənkəran sakini Cəbrayıl Şirməmmədovu (1996-cı il təv.) zorla avtomobilə mindirərək Sütəmurdov kəndinə aparıb.
Orada A. Şükürzadə dostları Elvin Quluzadə (1989) və Elşad Məmmədovla (1990) birlikdə C. Şirməmmədovu döyüb. Daha sonra hadisə yerinə gələn onun dostu da döyülüb.
Polis tərəfindən hər üç şəxs saxlanılıb. Onların sərxoş vəziyyətdə olduqları bildirilib.
10:47 30.10.2025
Oxunuş sayı: 1323