İsrailin ARKIA aviaşirkəti Bakı ilə birbaşa reyslərə başlayıb
İsrailin ARKIA aviaşirkəti Bakıya birbaşa uçuşlara başlayıb. Yeni reyslər İsrail və Azərbaycan arasındakı diplomatik, iqtisadi və turizm əlaqələrinin inkişafına töhfə verəcək və iki ölkə arasında səfər müddətini qısaldacaq.
Bu haqda Crossmedia.az xəbər verir.
İsrail səfiri Ronen Kraus və səfirlik əməkdaşları Bakı hava limanında təyyarəni qarşılayaraq bildirib ki, reyslərin sayının artması İsrail-Azərbaycan əlaqələrinin möhkəmliyini göstərir.
ARKIA-nın Bakıya uçuşları həm turizm, həm işgüzar səfərlər üçün yeni imkanlar yaradır. Bu reyslər sayəsində iki ölkə arasında səfər müddəti qısalacaq, biznes əlaqələrinin inkişafına və turist axınının artmasına şərait yaradacaq.
Günel Verdiyeva
19:40 29.10.2025
Oxunuş sayı: 1828