Türkiyənin Avstraliyadakı səfirliyi və baş konsulluğunda Cümhuriyyət bayramı qeyd olunub
29 oktyabr Türkiyə Cümhuriyyətinin elan edilməsinin 102-ci ildönümüdür. Bu münasibətlə Türkiyənin Avstraliyadakı Kanberra Səfirliyində rəsmi tədbir təşkil olunub. Həmin gün Sidney şəhərində də Türkiyənin Baş Konsulluğu tərəfindən rəsmi qəbul keçirilib.
Crossmedia.az xəbər verir ki, hər iki tədbirdə Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) nümayəndələri Mikayıl Oyta və Sara Azarsun iştirak ediblər.
Kanberra şəhərində keçirilən mərasimdə Avstraliyada çalışan səfirlər, dövlət nümayəndələri və diplomatlar iştirak ediblər. Sidneydəki tədbirə isə Türkiyənin Baş Konsulu Belgin Ergüneşin dəvəti ilə diplomatlar, dövlət rəsmiləri, türk təşkilatlarının rəhbərləri və GADTB təmsilçiləri qatılıblar.
Tədbirlərdə Türkiyənin dövlət bayrağı qaldırılıb, Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi ehtiramla anılıb.
Nastya Qəniyeva
16:07 29.10.2025
Oxunuş sayı: 1073