"Ulduz" metrostansiyasında 1995-ci il hadisəsi qurbanlarına aid memorial yaradılıb
Bakı metrosunun "Ulduz" stansiyasının vestibülündə 28 oktyabr 1995-ci il hadisəsi qurbanlarına həsr olunan memorial yaradılıb.
Crossmedia.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov "Ulduz" stansiyasında baş verən 28 oktyabr 1995-ci il hadisəsinin 30-cu ildönümünün qeyd olunması mərasimində deyib.
O bildirib ki, memorialda 289 yarpaq yer alıb: "Həmin yarpaqlar sözügedən hadisədə həlak olan insanların sayının simvoludur".
Qeyd edək ki, 28 oktyabr 1995-ci il tarixində Bakı metrosunun "Ulduz" və "Nərimanov" stansiyaları arasında dəhşətli yanğın baş verib. Hadisə nəticəsində 289 nəfər həlak olub.
11:49 28.10.2025
Oxunuş sayı: 1340