Bakı metrosunda ölüm hadisəsi baş verib

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.
Crossmedia.az Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
18:49 22.10.2025
Oxunuş sayı: 962