Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölüb

Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölüb.
Crossmedia.az xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.
Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
20:01 20.10.2025
Oxunuş sayı: 890