Fransa Rusiyadan gələn enerji tədarükünü zəiflətmək istəyir

Fransa Prezidenti Emmanuel Makron Rusiya mənşəli neft tankerlərinin müəyyən müddət – hətta həftələrlə saxlanılması təklifini irəli sürüb.
Crossmdia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dövlət başçısı bildirib ki, bu addım ilk növbədə Rusiyadan gələn enerji tədarükünü zəiflətmək məqsədi daşıyır. Eyni zamanda, belə yoxlamalar vasitəsilə ölkə sahillərində “kölgə donanması” adlandırılan gəmilərin olub-olmadığını müəyyən etmək mümkün olacaq.
Makron əlavə edib ki, nəzarət tədbirləri həmin tankerlərin beynəlxalq qaydalara uyğun fəaliyyət göstərib-göstərmədiyini aydınlaşdırmağa imkan verəcək.
Hazırda bu təklifin necə icra olunacağı və hansı mexanizmlərin tətbiq ediləcəyi ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
Fərhad Musayev
15:13 02.10.2025
Oxunuş sayı: 1029