Türk Hava Yolları İrəvana birbaşa uçuşlar həyata keçirəcək

Türkiyəyə məxsus Türk Hava Yolları aviaşirkəti Ermənistanın paytaxtı İrəvana reyslər həyata keçirəcək. Bu barədə şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayılıb.
Məlumatda deyilir:
“Ortağımızın idarə heyəti tərəfindən imkanlar və bazar şərtlərinə uyğun olaraq Rumıniyanın Timişoara şəhərinə və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslərin açılmasına qərar verilib”. (Globalinfo.az)
04:25 01.10.2025
Oxunuş sayı: 1097