İran XİN: BMT qətnaməsi ləğv edilmiş hesab olunmalıdır

İranın xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorka səfəri çərçivəsində
BMT-nin baş katibi Antonio Quterreşlə görüş keçirib.
Crossmedi.az xəbər verir ki, görüş zamanı Əraqçı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin
müddəalarının oktyabrın 18-də başa çatacağını bildirib və sənədin bu tarixdən
etibarən ləğv edilməli olduğunu vurğulayıb.
O, ABŞ və Avropa üçlüyünün bu qətnamə çərçivəsindəki mövcud fəaliyyətlərini
“qanunsuz” adlandırıb və iranlı diplomatlara qarşı tətbiq edilən məhdudiyyətlərin
aradan qaldırılması üçün BMT baş katibindən konkret addımlar atmağı tələb edib.
19:57 30.09.2025
Oxunuş sayı: 948