SOCAR metan emissiyalarının monitorinqi üçün rəqəmsal texnologiyalar tətbiq edir

SOCAR monitorinqin səmərəliliyini artırmaq və metan emissiyalarını azaltmaq üçün müasir rəqəmsal həllərdən və beynəlxalq tərəfdaşlıqdan aktiv şəkildə istifadə edir.
Crossmedia.az xəbər verir ki, bunu SOCAR vitse-prezidenti Hikmət Abdullayev Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
Onun sözlərinə görə, şirkət BCGX ilə birlikdə “Methane AI” tool adlı ixtisaslaşdırılmış platforma hazırlayıb. Bu platforma infrastruktur və əməliyyat məlumatlarını, ölçmələrin nəticələrini birləşdirir və böyük həcmli informasiyanın kompleks təhlilini təmin edir. Nəticədə hesabatlılığın keyfiyyəti yüksəlib, texniki xidmət optimallaşdırılıb və SOCAR ötən il üzv olduğu OGP də daxil olmaqla beynəlxalq təşkilatların tələblərinə cavab verib.
H.Abdullayev qeyd edib ki, OGCI proqramı çərçivəsində “GHGSat” ilə əməkdaşlıq artıq konkret nəticələr verib: peyk məlumatları sayəsində emissiya mənbələri müəyyən edilib, yerindəcə operativ şəkildə aradan qaldırılıb, bu isə qazın sistemə qaytarılmasına və məhsul kimi realizəsinə imkan yaradıb. Beləliklə, şirkətin ekoloji təşəbbüsləri eyni zamanda nəzərəçarpan iqtisadi fayda da gətirir.
15:29 30.09.2025
Oxunuş sayı: 1502