Tramp: Netanyahu ABŞ-nin Qəzza üzrə sülh planının şərtləri ilə razılaşıb

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Qəzza üzrə sülh planını qəbul edib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Netanyahu ilə görüşün yekunlarına dair mətbuat konfransında bəyan edib.
"Bu, çox vacib gündür, bəlkə də
sivilizasiya tarixində ən böyük günlərdən biri", – Tramp deyib.
O, Netanyahuya işə həqiqətən girişdiyi
və böyük iş gördüyü üçün təşəkkürünü bildirib.
"Biz bir çox digər ölkələrlə
birlikdə yaxşı işlədik", – ABŞ lideri əlavə edib.
23:16 29.09.2025
Oxunuş sayı: 562