Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Sentyabrın 30-u gündüzdən oktyabrın
2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən
küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Crossmedia.az-a Milli
Hidrometeorologiya Xidmətindən bildirilib.
Gəncə, Daşkəsən,
Naftalan və Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi
əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və
Abşeron yarımadasında, həmçinin ölkənin digər bölgələrində isə sarı
xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7
m/san təşkil edəcək.
23:22 29.09.2025
Oxunuş sayı: 712