ABŞ-nin vitse-prezidenti: Rusiyalılar ayılmalı və reallığı qəbul etməlidirlər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Fox News-a müsahibəsində davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı sərt açıqlamalar verib və Rusiyanı hərbi əməliyyatları dayandırmağa çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Vens ruslara müraciət
edərək bunları deyib:
“Rusiyalılar ayılmalı və reallığı qəbul etməlidirlər. Çox insan həlak
olur, ortada öyünməyə bir şey yoxdur. Daha neçə nəfəri itirməyə, daha neçə
adamı öldürməyə hazırdırlar? Bunun müqabilində torpaq üzərində cüzi, yaxud heç
bir qazanc yoxdur”.
Fatimə Məmmədova
22:00 29.09.2025
Oxunuş sayı: 866