Zelenski Lukaşenkonun təklifini tənqid etdi

Ukrayna prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr
Lukaşenkonun Rusiya ilə müharibənin dayandırılması ilə bağlı dediyi “çox yaxşı
təklif”ə cavab verib.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Zelenski bildirib ki, Lukaşenko reallıqdan uzaqdır:
“Onun öz dünyası var. Özünü təcrid edib, otuz ildir yaşadığı bir ev
qurub. Amma bu ev bütöv bir ölkə boydadır. Mən istəyirəm ki, o, yadında
saxlasın – onun ölkəsi müstəqildir. O, öz dünyasında yaşayır, amma bəzən Putin
ora gəlir və onlar iki qoca kimi danışırlar. Buna şərh vermək çətindir”.
Xatırladaq ki, bundan əvvəl Lukaşenko Putinin dəstəyi ilə müzakirə
olunan və “masada” olan “çox yaxşı sülh təklifi” olduğunu açıqlayıb. O,
Zelenskiyə bu
şərtlərə razı olmağı, əks halda Ukraynanı itirmək riski ilə üzləşəcəyini deyib.
Fatimə Məmmədova
21:56 29.09.2025
Oxunuş sayı: 968