İngiltərə İrana qarşı sanksiyalar tətbiq etdi

Britaniya Tehranın nüvə proqramının qarşısını almaq səyləri çərçivəsində İranla əlaqəsi olan 71 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.
Crossmedia.az xəbər verir ki, sanksiyalar İranın yüksək rütbəli
nüvə rəsmilərini, həmçinin əsas maliyyə və enerji qurumlarını hədəf alıb.
Yeni sanksiyalara aktivlərin dondurulması, maliyyə məhdudiyyətləri və
siyahıda olanların ölkəyə girişinə qadağalar daxildir.
Londonun bu qərarı 🇺🇳 BMT və 🇪🇺 Aİ tərəfindən görülən oxşar tədbirlərdən
sonra verilib.
BMT əvvəllər İrana silah
embarqosunu və bir sıra digər məhdudiyyətləri bərpa edib. İran rəsmiləri xəbərdarlıq
edib ki, istənilən bu cür addımlar “cavab tədbirləri” ilə qarşılanacaq.
21:45 29.09.2025
Oxunuş sayı: 872