Amerikalı nazir "Tramp marşrutu"nun əhəmiyyətindən danışıb

Azərbaycan və Ermənistan arasında
“Tramp marşrutu” tranzit kommunikasiya layihəsinin həyata keçirilməsi böyük
perspektivlər açır.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
“Mən Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı görüşlərdə
iştirak etmişəm. Neft sənayesi, necə deyərlər, ABŞ-də 1859-cu ildə Pensilvaniya
ştatının Tatusvil şəhərində yaranıb. Neft sənayesinin eyni dövrdə formalaşdığı
başqa bir yer isə Bakıdır. Beləliklə, hər iki ölkə dünyada ilk neft və qaz
istehsalçıları olublar.
Azərbaycanın nəhəng ehtiyatları var və mən hesab edirəm ki, Ermənistan və
Azərbaycanı birləşdirəcək cənub sərhədi boyunca bu dəhliz Azərbaycandan
Avropaya təbii qazın tədarükünü artıracaq. Mənim fikrimcə, bu, əladır. Azərbaycanın
enerji resurslarının hasilatı və onların Rusiyadan yan keçərək, dünya
bazarlarına çatdırılması ölkələrimiz arasında əməkdaşlığın parlaq gələcəyidir”,
- deyə amerikalı nazir qeyd edib.
21:39 29.09.2025
Oxunuş sayı: 799