Emin Əmrullayev: Elm və Təhsil Nazirliyi ali təhsilin təxminən 80 faizinə birbaşa nəzarət edir

Azərbaycanda Elm və Təhsil Nazirliyi ali
təhsilin təxminən 80 faizinə birbaşa nəzarət edir.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin
Əmrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən
"INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
Nazir bildirib ki, universitetlərdə
dəyişikliklərin həyata keçirilməsi çətin olduğundan, yalnız ənənəvi
yanaşmalarla böyük nəticələr əldə etmək mümkün deyil.
"Artıq tələbələr üçün ənənəvi dörd
illik təhsil, bir il təcrübə, magistratura və sonra iş həyatı modeli effektiv
olmayacaq. Bizə hər gün alternativ yolları göstərmək və fərqli nəticələr
yaratmaq lazımdır", - E.Əmrullayev əlavə edib.(Report)
20:25 29.09.2025
Oxunuş sayı: 1001