WSJ: İranın real diplomatik cavabı səhnə arxasında gedir

Wall Street Journal qəzetinin Avropa üzrə diplomatik müxbiri Laurans
Norman bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində
gündəmə gələn "snapback" mexanizminə İranın əsl cavabı rəsmi bəyanatlar
və Avropa üçlüyündəki səfirlərinin çağırılması ilə deyil, bölgədəki konkret fəaliyyətlər
və səfərlərlə verilir.
Crossmedia.az xəbər veir ki, Norman xüsusi olaraq İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli
Laricaninin Livana səfərini və Hizbullah lideri Həsən Nəsrullahın ildönümü tədbirində
iştirakını vurğulayaraq deyib:
“Snapback-ə real cavab İranın bu kimi səfərlərində özünü göstərir –
bitib-tükənməyən bəyanatlarda deyil”.
19:41 29.09.2025
Oxunuş sayı: 774