Mutvalı Şıxlinskinin həbs qərarı qüvvədə saxlanıldı

Rusiyanın Sverdlovsk vilayət məhkəməsi
Yekaterinburq Verx-İsetski rayon məhkəməsinin Mutvalı Şıxlinski barəsində
çıxardığı həbs qərarını qüvvədə saxlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə
xarici KİV məlumat yayıb.
Belə ki, müdafiə tərəfinin
apellyasiya şikayəti təmin olunmayıb. Nəticədə, Şıxlinski azı 2025-ci il
dekabrın 14-dək həbsdə qalacaq.
Qeyd edək ki, Mutvalı Şıxlinski 1 iyulda Yekaterinburqda “Baku Plaza” yaxınlığında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Həmin vaxt onun atası, Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinskinin də saxlanılması həyata keçirilib. Əməliyyat zamanı Mutvalının idarə etdiyi “Gelandewagen” geriyə hərəkət edərkən xüsusi təyinatlılardan birinə toxunub.
19:29 29.09.2025
Oxunuş sayı: 920