İraq Türkiyəyə neft ixracını bərpa etdi

Türkiyənin energetika və təbii sərvətlər
naziri Alparslan Bayraktar “İraq–Türkiyə” kəməri vasitəsilə neftin nəqlinin
yenidən başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə
xarici KİV məlumat yayıb.
Xatırladaq ki, boru kəmərinin fəaliyyəti
6 fevral 2023-cü ildə baş verən zəlzələlərdən sonra dayandırılmışdı. Elə həmin
ilin 4 oktyabrında isə BOTAŞ şirkəti onu istismara hazır vəziyyətə gətirmişdi.
Daha əvvəl İraq mətbuatı Kürd
Regional İdarəsinə məxsus yataqlardan hasil olunan neftin Türkiyənin Ceyhan
limanına nəqlinə başlandığını xəbər vermişdi.
Mütəxəssislərin fikrincə, kəmərin fəaliyyətinin
bərpası İraqın ixrac həcmlərini artıracaq və eyni zamanda Türkiyənin regional
enerji mərkəzi kimi mövqelərini gücləndirəcək.
Fatimə Məmmədova
19:25 29.09.2025
Oxunuş sayı: 1451