Liberman: İranla qarşıdurmanın növbəti mərhələsi qaçılmazdır

İsrailin keçmiş müdafiə naziri və
“Bizim Evimiz” partiyasının lideri Aviqdor Liberman İranla münasibətlərin gərginləşdiyini
bildirərək, qarşıdurmanın növbəti mərhələsinin qaçılmaz olduğunu deyib.
Crossmedia.az xəbər verir ki, Liberman İsrailin bu vəziyyətə
hazırlıqlı olması gərəkdiyini vurğulayıb və əlavə edib: “İrana qarşı
sanksiyaların bərpası düzgün və zəruri addımdır. "Tətik mexanizminin"
(snapback) işə salınması göstərir ki, ayətullah rejimi nüvə proqramını bütün
gücü ilə davam etdirir”.
O, beynəlxalq ictimaiyyəti Tehranın
nüvə ambisiyalarına qarşı daha sərt mövqe tutmağa çağırıb.
19:08 29.09.2025
Oxunuş sayı: 1099